Logo

Rusiyalı deputat 7 il azadlıqdan məhrum edildi - SƏBƏB

Rusiyalı deputat 7 il azadlıqdan məhrum edildi - SƏBƏB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Məhkəmə müharibə əleyhinə çıxış edən Moskvanın Krasnoselski rayonunun bələdiyyə deputatı Aleksey Qorinovu 7 il müddətinə azadlıqdan məhrum edib.

Sfera.az xəbər verir ki, o, martın 15-də Krasnoselski Bələdiyyə Şurasının iclasında Ukraynada uşaqların öldüyü bir vaxtda uşaq rəsmləri müsabiqəsinin keçirilməsini rüsvayçılıq adlandırıb.O, ölkəsini təcavüzkarlıqda ittiham edib və vətəndaş cəmiyyətinin bütün səylərini yalnız müharibənin dayandırılmasına yönəltməyə çağırıb.

Aprelin 27-də o, Rusiya Silahlı Qüvvələri barədə qəsdən yalan məlumatları açıq şəkildə yaymaqda ittiham edilərək həbs edilib.

İyulun 8-də Meşçanski Rayon Məhkəməsi Qorinovu 4 il dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə, 7 il müddətinə azadlıqdan məhrum edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR