Logo

Zaqatalada Təcili Tibbi Yardım Şöbəsinin sürücüsü bıçaqlandı

Zaqatalada Təcili Tibbi Yardım Şöbəsinin sürücüsü bıçaqlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Zaqatalada Təcili Tibbi Yardım Şöbəsinin sürücüsü bıçaqlanıb.

Sfera.az-ın xəbərinə görə, ötən gün axşam saatlarında rayonun Car kənd sakini 1962-ci il təvəllüdlü Şaban Məmməd oğlu Quçiyev qarın boşluğunun kəsilmiş-deşilmiş daxilə nüfuz edən bıçaq yarası xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Şaban Quçiyev əməliyyat edildikdən sonra xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Şaban Quçiyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsində sürücü vəzifəsində işləyir.

APA-nın əldə etdiyi məlumata görə, Şaban Quçiyev həmkəndlisi Tahir Kaştayev tərəfindən bıçaqlanıb. Tahir Kaştayev sübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR