\"Nərmin İŞİ\": İlkinin üzünə duran kamera yoldaşı görün kimdir...

\

Tovuzda 11 yaşlı Nərmin Quliyevanın oğurlanması və 47 gün sonra kənddə yandırılmış meyitin tapılmasıyla bağlı cinayət işində Baxşəli Qəhrəmanov adlı şəxsin adı keçir.

 

B.Qəhrəmanov cinayəti törətməkdə ittiham olunan İlkin Süleymanovla Bakı İstintaq Təcridxanasına köçürüldüyü ilk vaxtlarda onunla eyni kamerada saxlanılıb. Sonradan istintaq İlkin Süleymanova qarşı sübut kimi həm də Baxşəli Qəhrəmanovdan istifadə edib. İddia olunub ki, İlkin Süleymanov yuxuda sayıqlayıb, Nərmini oğurlayıb öldürdüyünü etiraf edib və s.

 

Baxşəli Qəhrəmanov Cinayət Məcəlləsinin 244-cü (əxlaqsızlıq yuvaları saxlama) maddəsilə həbs edilib. O, məhkəmədə dindirilərkən İlkin Süleymanov bu şəxsin yalan danışdığını, bu cinayətə aidiyyəti olmadığını və Baxşəli Qəhrəmanovun da yanında heç vaxt uşağı oğurlayıb öldürməsi haqda heç nə demədiyini bildirib.

 

Eyni kamerada saxlanmış daha iki nəfər dindirilərkən isə Baxşəli Qəhrəmanovdan fərqli olaraq, İlkin Süleymanovun özünü təqsirli bilmədiyini deyiblər: “İlkin həmişə deyirdi ki, mən bu cinayəti törətməmişəm. Qanun var, haqq öz yerini tapacaq, mən bəraət alacağam”.

 

Baxşəli Qəhrəmanova gəlincə, həmin kamerada saxlanılanlardan biri məhkəmədə demişdi ki, onun həm öz davranışlarına, həm də ittiham olunduğu əmələ görə həbsdə ona hörmət eləmirdilər.

 

Sfera.az xəbər verir ki, Bizimyol.info Baxşəli Qəhrəmanovun ifadəsindən başqa bir işdə də şəxsin uzunmüddətli həbs cəzası alması üçün sübut kimi istifadə edildiyini üzə çıxarıb.

 

Söhbət jurnalist Fikrət Fərəməzoğludan (İbişbəyli) gedir. Baxşəli Qəhrəmanov ifadəsində iddia edib ki, Fikrət Fərəməzoğlu ondan pul tələb edib, əks halda rəhbərlik etdiyi saytda onun haqqında rüsvayedici məlumatlar yaymaqla hədələyib.

 

Fikrət Fərəməzoğlu isə deyir ki, həbs olunana qədər onu ümumiyyətlə, nə görüb, nə də tanışlığı olub: “Mənim həbsimdə də o, yalançı üzəduranlardan biri olub. Onu zərərçəkmiş kimi tanımışdılar. Halbuki, mən həbs olunan günə qədər nə onu görmüşəm, nə də tanışlığım olub. Araşdırma aparanda adı qarşıma çıxıb”.

 

Jurnalist vurğulayıb ki, Baxşəli Qəhrəmanovdan Tovuz işində də istifadə olunması haqda məlumatlıdır. Fikrət Fərəməzoğlunun sözlərinə görə, onun İlkin Süleymanovun üzünə durması, yalan danışması təəccüblü deyil: “Çünki həyat tərzi belədir, ona nə tapşırıblarsa, onu da edir. Hətta İlkin Süleymanovun ünvanına başqa fikirlər səsləndirsə, iddia eləsə ki, qaldıqları kamerada ona qarşı təcavüz edib, buna da təəccüblənmərəm. Çünki ondan hər şey gözləyirəm...”


OXŞAR XƏBƏRLƏR

500 milyard parametrli süni intellekt yaradılacaq

Microsoft özünün ən böyük süni intellekt (AI) modelini inkişaf etdirəcək. Sfera.az xəbər verir ki, bu barədə “The Information” məlumat yayıb. ...

Özlərini özəl hiss edirlər: Eyni cinsdən dördəmləri oldu - FOTO

Texaslı (ABŞ) Mercedes Sandhu çox nadir eyni dördəmlər dünyaya gətirib. Körpələr xəstəxanadadır, qidalanma borusu vasitəsilə qida alır və xüsusi aparat vasitəsi...

“Çərşənbə”nin ikinci mövsümünün çəkilişləri başladı: Əsas aktyorlardan biri olmayacaq 

Məşhur “Netflix” serialının ikinci mövsümünün çəkilişlərinə başlanılıb. Bu barədə aparıcı aktrisa Cenna Orteqa İnstaqram səhifəsində məlumat verib. ...

24.000 illik körpə qalıqları insan tarixini yenidən yazdı

Təxminən 24500 il əvvəl Portuqaliyanın mərkəzindəki Lapedo vadisində 4 yaşlı uşaq kəfənə bükülmüş şəkildə dəfn edilib. Alimlərin kəşf etdiyi kimi, bu uşaqda həm...

Faşizm üzərində qələbədən 79 il ötür

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 79 il keçir.   Sfera.az xatırladır ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kim...

Putinlə Paşinyanın görüşü başladı

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü keçirilir.   Sfera.az xəbər verir ki, bu barədə Kremlin mə...