Logo

Bilgəhdə qəza - Video

Bilgəhdə qəza - Video
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün günorta saatlarında Mərdəkan-Buzovna-Bilgəh yolunun Bilgəh qəsəbəsi ərazisindən keçən hissəsində yol qəzası baş verib.

Sfera.az Report-a istinadən xəbər verir ki, qəza iki minik avtomobilinin toqquşması nəticəsində qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, "Mitsubishi Pajero" markalı avtomobil eyni zolaqda hərəkətdə olan "Opel" markalı avtomaşına arxadan çırpılıb. Qəza nəticəsində ölən və yaralananların olması barədə məlumat yoxdur.

Hadisə yerinə Sabunçu rayon Polis İdarəsinin Yol Polis Şöbəsinin əməkdaşları cəlb olunub. Qəzanın səbəbləri araşdırılır.

]

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR