Bakıda metronun yaxınlığında DƏHŞƏTLİ QƏTL: 15 yaşlı oğlan anasını öldürüldü
Kateqoriya məlum deyil
Bakıda qətl hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, "Neftçilər" metrostansiyasının yaxınlığında 33-34 yaşlarında olan bir qadın qətlə yetirilib.
Hadisəni qadının 2007-ci il təvəllüdlü oğlu törədib. Qadının hansı səbəbdən qətlə yetirildiyi hələ ki, məlum deyil. Hadisə şahidlərinin sözlərinə görə uşaq öncə qadına bir bıçaq zərbəsi (mətbəx bıçağı ilə) vurub. Anası qışqıraraq qaçdıqda ikinci bıçaq zərbəsini də vurub, məktəbli çantasını və hadisəni törətdiyi bıçağı kənara ataraq qaçıb.
Hadisədən qısa müddət sonra qadın hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Hazırda faktla bağlı araşdırma aparılır.





