Logo

Bakı sakini Qusarda mağazadan oğurluq etdi - Həbs edildi / FOTO

Bakı sakini Qusarda mağazadan oğurluq etdi - Həbs edildi / FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qusar Rayon Polis Şöbəsinə müraciət edən bir nəfər rayon sakini, ona məxsus ərzaq mağazasından qapını sındırma yolu ilə oğurluq edildiyini bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Sfera.az-a verilən məlumata görə daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Mehdi Zeynalov saxlanılıb.

Bakı sakini Qusarda mağazadan oğurluq etdi - Həbs edildi / FOTO

Araşdırma zamanı həmin şəxsin səhər saatlarında sözü gedən mağazaya girərək oradan 150 manat pul, və 708 manat dəyərində müxtəlif növ siqaretlər, alışqanlar oğurladığı müəyyən edilib.

Qusar rayon məhkəməsinin qərarı ilə həmin şəxs həbs edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR