Logo

Müğənni Vasif Məhərrəmli məhkəmədə dindirildi

Müğənni Vasif Məhərrəmli məhkəmədə dindirildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Müğənni Vasif Məhərrəmli məhkəməyə çağırılıb.

Sfera.az xəbər verir ki, V.Məhərrəmli Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib.

Müğənni dələduzluqda təqsirləndirilərək həbs olunan Maksud Mahmudovun işi üzrə zərərçəkmiş qismində dindirilib.

Qeyd edək ki, M.Mahmudova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.2 ( (təkrar hədə-qorxu ilə tələb etmə) və 133.2.2 (xüsusi dəyəri olan əşyaları talama - təkrar törədildikdə) maddələri ilə ittiham elan olunub. Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

İş üzrə 91 nəfər zərərçəkmiş tanınıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR