Logo

Ötən ay narkotikə görə 969 cinayət faktı aşkarlandı

Ötən ay narkotikə görə 969 cinayət faktı aşkarlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Сari ilin yanvar ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 969 cinayət faktı aşkarlanıb.

Bu barədə Sfera.az-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, onlardan 342-si narkotik vasitələrin qanunsuz satışı, 618-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 5-i qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 4-ü isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR