Logo

Ukraynada həbs edilən azərbaycanlı ekstradisiya olundu

Ukraynada həbs edilən azərbaycanlı ekstradisiya olundu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukraynada həbs edilən azərbaycanlı ekstradisiya olunub.

Bu barədə Sfera.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Ağstafa Rayon Prokurorluğunda istintaq olunan cinayət işi üzrə Adil Orucov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.

Adil Orucov Ukrayna ərazisində müəyyən edilərək 2022-ci ilin yanvar ayında barəsində həbs qətimkan tədbiri seçilib, fevralin 24-də isə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR