Logo

"İdeal”ın keçmiş sahibinə hökm oxundu - Həbs qərarı...

"İdeal”ın keçmiş sahibinə hökm oxundu - Həbs qərarı...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi, həbsdə olan iş adamı İlqar İsmayılova hökm oxunub və o, 6 il müddətinə azadlıqdan məhrum edilib.

Sfera.az Report-a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Xatırladaq ki, prokuror İ.İsmayılovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.

İstintaq dövründə ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR