Logo

DİN Cəlilabadda üç nəfərin öldüyü yol qəzası ilə bağlı məlumat yaydı

DİN Cəlilabadda üç nəfərin öldüyü yol qəzası ilə bağlı məlumat yaydı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Daxili İşlər Nazirliyi (DİN) Cəlilabad rayonunda üç nəfərin öldüyü yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən Sfera.az-a daxil olan məlumatda deyilir:

"Fevralın 5-də saat 12 radələrində Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində rayon sakinləri K.Vəlizadənin idarə etdiyi "BMW”, Qorxmaz İsmayılzadənin idarə etdiyi "VAZ-21074” və Qusar rayon sakini S.Ağakişiyevin idarə etdiyi "Mercedes” markalı yük avtomobilləri toqquşub. Nəticədə Q.İsmayılzadə, sərnişinləri Tural Adıgözəlov və Mürsəl Quliyev hadisə yerində ölüb, xəsarət alan digər 3 nəfər isə xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR