Logo

Bakıda şagird sinif yoldaşını bıçaqladı

Bakıda şagird sinif yoldaşını bıçaqladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bakının 162 nömrəli tam orta məktəbinin 11 a sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) yanvarın 10-da günorta saatlarında məktəbdən kənar ərazidə bıçaqlanıb.

Sfera.az xəbər verir ki, orta məktəbdən verilən məlumata görə, hadisə dərsdən sonra baş verib.

Şagirdin sinif yoldaşı tərəfindən bıçaqlandığı hüquq-mühafizə orqanları tərəfindən aşkarlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyat olunub, onun vəziyyəti ağır-sabitdir.

Sinif yoldaşını bıçaqlamaqda təqsirli bilinən şagird (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR