Dönər bıçağı ilə adam öldürən kuryerə cəza verildi

Dönər bıçağı ilə adam öldürən kuryerə cəza verildi
Bakıda küçədə mübahisə etdiyi şəxsi dönər bıçağı ilə vuraraq öldürən "Osmanlı Dönər” restoranının kuryeri Elnur Rəhimliyə hökm oxunub.

Sfera.az məhkəmə materiallarına istinadən xəbər verir ki, hadisə 2020-ci il noyabrın 10-da saat 16 radələrində Bakı şəhərinin Nərimanov rayonu ərazisində baş verib. Belə ki, 2000-ci il təvəllüdlü Elnur Rəhimli aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək 1984-cü il təvəllüdlü Əli Zeynalovu öldürüb.

Məlumata görə, hadisə baş verən gün Enur Rəhimli sifarişləri qəbul edib müxtəlif müştərilərə çatdırdıqdan sonra restorana qayıdarkən Əli Zeynalov ilə mübahisə edərək onun sifətinə yumruqla zərbələr endirib. Ətrafdakı şəxslər onları ayırsa da, Elnur restoranın arxa qapısından içəri girib və dönər hazırlamaq üçün nəzərdə tutulan bıçağı götürərək hadisə yerinə qayıdıb. Dönər bıçağı ilə Əlinin qoltuq hissəsindən bir bıçaq zərbəsi vurub, bundan sonra zərərçəkmiş şəxs qanitirmədən ölüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən Elnur Rəhimli 17 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan məhkumun müdafiəçisi apellyasiya şikayəti verərək Elnur Rəhimli barəsində verilən hökmün dəyişdirilməsi, onun cəzasının yüngülləşdirilməsini xahiş edib. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, məhkəmənin hökmü mülahizələrə əsaslanır. Belə ki, Elnur Rəhimli ifadəsində bildirib ki, hadisənin baş verməsinin başlanğıc səbəbi mərhumun onu nalayiq söyüşlərlə təhqir etməsi olub: "Mən əməlimdən peşmanam. Restorandan bıçağı götürüb hadisə yerinə qayıtmağıma səbəb həmin şəxsi qorxutmaq idi. Amma o, məni təhqir etməkdə davam edərək üstümə gəldi və məni onu vurmağa məcbur etdi”.

Məhkəmə kollegiyası cinayət işinin materiallarını öyrənib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyərək hesab edib ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin hökmü dəyişdirilmədən saxlanılmalıdır.

OXŞAR XƏBƏRLƏR

Türkiyədə ruslarla bağlı problem: dövlət hərəkətə keçdi

Türkiyədə rusiyalı turistlərin köhnə dolları dəyişdirməsi ilə bağlı problem yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə RİA Novosti öz mənbələ...

Prezidentlərin təkbətək görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə təkbətək görüşü başlayıb.   Sfera.az&n...

Ödənişli yolda qəza: biri vurdu, digərləri üstündən keçdi...

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolunda ölüm hadisəsi baş verib.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, iyulun 1-i səhə...

Serj Sarkisyana qarşı rüşvət almaq ittihamı irəli sürüldü

Ermənistanın 3-cü prezidenti Serj Sarkisyana qarşı rüşvət almaq və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq ittihamı irəli sürülüb.   Sfera.a...

Rusiyada döyülən azərbaycanlı qadın: “Mənə təxribatçı suallar verdilər” - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində restoranda çalışan azərbaycanlı qadın "KRİK-TV"nin əməkdaşının hücumuna məruz qalıb. Belə ki, televiziya əməkdaşı Al...

Günvurma bu şəxslər üçün risklidir - AÇIQLAMA

Yay aylarının ən çox rast gəlinən sağlamlıq problemlərindən biri günvurmadır. Bu zaman bədənin istilik tənzimi pozulur, daxili orqanlarda zədələnmələr baş verə ...