Logo

Azərbaycanlı iş adamı Moldovada HƏBS OLUNDU

Azərbaycanlı iş adamı Moldovada HƏBS OLUNDU
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Moldovanın Kişinyov şəhər məhkəməsi Nuriyev soyadlı Azərbaycan vətəndaşını 13 il azadlıqdan məhrum edib.

Sfera.az  bildirir ki, o, Türkiyə vətəndaşını şantaj etməkdə təqsirli bilinir. İstintaqla məlum olub ki, Nuriyev və Türkiyə vətəndaşı uzun müddət biznes şəriki olublar. Sonradan Türkiyə vətəndaşı ondan 2 milyon ley (178 min 500 manat) borc pul alıb. Amma pulu vaxtında qaytara bilməyib.

Bundan sonra, Azərbaycan vətəndaşı başqa bir həmyerlisi ilə Türkiyə vətəndaşının "Range Rover” markalı avtomobilini girov götürüblər. Onu digər əməlləri ilə şantaj ediblər.

Hadisənin digər iştirakçısının məhkəməsi isə davam edir.

(lent.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR