Logo

Xaçmazda ata və oğul yaşadıqları evdə bıçaqlanıblar

Xaçmazda ata və oğul yaşadıqları evdə bıçaqlanıblar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xaçmazın İzmayılovka qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, 1959-cu il təvəllüdlü Beykəs Qədeşbala oğlu Süleymanov və onun oğlu, 1988-ci il təvəllüdlü Kamran Beykəs oğlu Süleymanov yaşadıqları evin həyətində bıçaqlanıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Müayinə zamanı K.Süleymanova qol nahiyyəsi və döş qəfəsinin kəsilmiş-deşilmiş yarası, B.Süleymanova isə qarın boşluğunun daxilə nüfuz edən kəsilmiş-deşilmiş bıçaq yaraları diaqnozu qoyulub.

Faktla bağlı araşdırmalara başlanılıb.

(report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR