Narkotik təsiri altında avtomobil idarə edən 8 nəfər saxlanıldı

Narkotik təsiri altında avtomobil idarə edən 8 nəfər saxlanıldı
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının Bakı-Quba, Bakı-Qazax və Ələt-Astara yollarındakı postlarda keçirdikləri tədbirlərlə narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər müəyyən edilərək saxlanıblar.

Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Ələt-Astara yolundakı postda Biləsuvar rayon sakini Rəhman Əliyevin idarə etdiyi "VAZ-2106”, Bakı-Quba yolundakı postlarda Bakı şəhər sakinləri İlham Səfərovun idarə etdiyi "Toyota” və Kamran Əbilovun idarə etdiyi "Toyota”, Bakı-Qazax yolundakı postlarda isə Cəbrayıl rayon sakini Röyal Oruclunun idarə etdiyi "Kia”, Şirvan şəhər sakini Fuad Abbaslının idarə etdiyi "VAZ-2106”, Bərdə rayon sakini Misir Cəfərovun idarə etdiyi "Renault”, Mingəçevir şəhər sakini İlham Hidayətovun idarə etdiyi "Mercedes”, Göyçay rayon sakini Şirxan Rəhimovun idarə etdiyi "Daewoo” markalı avtomobillər nəzarət-yoxlama qaydasında saxlanılıblar.

Polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitə qəbul etmələri müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin 333.1, 333.2, 333.4 və 334.1-ci maddələri ilə onların barəsində protokollar tərtib olunub.

R.Əliyev 400 manat məbləğində cərimələnib, Abşeron rayon məhkəməsinin qərarı ilə İ.Səfərov 1 il, K.Əbilov 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib, Kürdəmir rayon məhkəməsinin qərarı ilə R.Oruclu 5 gün müddətinə inzibati həbs edilib, Qaradağ rayon məhkəməsinin qərarları ilə F.Abbaslı 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 7 gün müddətinə, İ.Hidayətov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 20 gün müddətinə, Ş.Rəhimov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 7 gün müddətinə, M.Cəfərov isə 10 gün müddətinə inzibati həbs ediliblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...