Logo

Qohumlarına qonaq gedən gənc qətlə yetirildi

Qohumlarına qonaq gedən gənc qətlə yetirildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Ağsu rayonunda qətl hadisəsi törədilib.

Sfera.az xəbər verir ki, hadisə Padarqışlaq kəndində qeydə alınıb. Sabirabad rayonunun Balvar kənd sakini, 29 yaşlı Dərgahlı Məmmədkərim Kərim oğlu Padarqışlaq kəndində qonaq olarkən onunla qohumları arasında mübahisə yaranıb. M.Dərgahlı mübahisə zamanı bir neçə bıçaq xəsarəti alıb.

Ətrafdakı insanlar onu Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Lakin yaralının həyatını xilas etmək mümkün olmayıb, o, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR