Logo

Tovuzda iki qardaşı bıçaqlayan şəxs saxlanılıb

Tovuzda iki qardaşı bıçaqlayan şəxs saxlanılıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Tovuz rayonunda qətl törədən şəxs saxlanılıb.

Sfera.az xəbər verir ki, hadisə rayonun İbrahimhacılı kəndində qeydə alınıb.

Kənd sakinləri - 1964-cü il təvəllüdlü Ənvər və 1960-cı il təvəllüdlü Fərman Əlirzayev qardaşları mübahisə zəminində 1981-ci il təvəllüdlü Maksim Mehdiyev tərəfindən bıçaqlanıblar. Ürək nahiyəsindən bıçaq xəsarəti alan Ənvər ölüb.

Fərman isə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

Daha sonra M.Mehdiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR