Logo

Azyaşlı qızın oğurlanmağa cəhd olunması iddiaları araşdırılır - DİN

Azyaşlı qızın oğurlanmağa cəhd olunması iddiaları araşdırılır - DİN
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Daxili İşlər Nazirliyi (DİN) Bakıda azyaşlı qızın məktəbdən oğurlanmağa cəhd olunması iddialarına münasibət bildirib.

DİN-in Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, azyaşlının qaçırılma cəhdi ilə bağlı iddialar nəzarətə götürülüb.

Bununla bağlı bütün zəruri tədbirlər icra olunur: "Araşdırmanın nəticəsi ilə bağlı məlumat veriləcəkdir", - məlumatda qeyd edilir.

Qeyd edək ki, hadisə Bakının Sabunçu rayonunda qeydə alınıb. Azyaşlının ailə üzvlərinin bildirdiyinə görə, naməlum şəxs onu avtomobilə mindirib. Lakin bir neçə yüz metr getdikdən sonra uşaq avtomobildən düşərək qaçıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR