Logo

“TikTok” paylaşımlarına görə 16 yaşlı oğlana - Rəsmi xəbərdarlıq edildi

“TikTok” paylaşımlarına görə 16 yaşlı oğlana - Rəsmi xəbərdarlıq edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bir neçə gün öncə "TikTok” platformasında "ll@amid52” adlı istifadəçinin narkotik vasitələri təbliğ edən video paylaşması barədə DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə vətəndaşlar tərəfindən şikayət xarakterli müraciətlər daxil olub.

DİN Mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində həmin şəxsin Salyan rayon sakini 16 yaşlı A.M. olması müəyyən edilib. O, valideynləri ilə birlikdə Rayon Polis Şöbəsinə dəvət edilib.

A.M.-la müvafiq profilaktiki söhbətlər aparılıb, narkotik vasitələrin təbliğinin yol verilməz olduğu barədə ona və valideynlərinə xəbərdarlıq edilib.

Yeniyetmə öz səhvini etiraf edərək paylaşdığı videonu səhifəsindən silib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR