“Yanardağ” qoruğundan 23 min manatlıq oğurluq oldu

“Yanardağ” qoruğundan 23 min manatlıq oğurluq oldu
Abşeron Rayon Polis İdarəsinə cari il sentyabr ayının 29-dan oktyabr ayının 29-dək olan müddətdə "Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun anbarından 23 000 manat dəyərində elektrik və məişət əşyalarının oğurlanması, həmçinin oradakı mebel və digər əşyaların yararsız hala salınması nəticəsində 8 000 manat dəyərində maddi ziyan vurulması barədə məlumat daxil olub.

Sfera.az  bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən Məhəmmədi kənd sakinləri, əvvəllər oğurluq, qəsdən sağlamlığa ağır zərərvurma və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş - G.Əliyev və Q.Qasımov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR