Kürdəmirdə üç ay əvvəl qətl törədən şəxs tutuldu
Kateqoriya məlum deyil
Kürdəmir rayonunda qətl törədən şəxs saxlanılıb.
Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il avqustun 6-da şəhər sakini, 61 yaşlı Xanımqız Bədəlovanı küt alətlə qətlə yetirməkdə şübhəli bilinən Atakişili kənd sakini R.Cəfərov tutularaq istintaqa təhvil verilib.






