Logo

DİN azyaşlının narkotikdən istifadə etməsi iddialarına münasibət bildirdi

DİN azyaşlının narkotikdən istifadə etməsi iddialarına münasibət bildirdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Sosial şəbəkələrdə Bakıda azyaşlının narkotik maddə qəbul etməsinə dair iddialar yayılıb. Aparılan araşdırmalarla müəyyən edilib ki, azyaşlının narkotik vasitə istifadəsinə dair iddialar əsassızdır".

Bunu Sfera.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

"Həmin azyaşlı anasının yanındadır. Onlar barəsində dəfələrlə profilaktik tədbirlər görülüb. Sığınacağa yerləşdirilməsi təklif olunsa da, o, bundan qəti imtina edib. Həmin uşaq və anası xroniki xəstəlikdən əziyyət çəkirlər. Ana və azyaşlı uşağın qanunvericiliyə uyğun olaraq, aidiyyəti qurumlar məlumatlandırılmaqla müvafiq xəstəxanaya yerləşdirilməsi, eləcə də həyat və sağlamlıqlarının nəzarətə götürülməsi istiqamətində tədbirlər görüləcək. Hazırda bu istiqamətdə ərazi polis orqanına müvafiq göstərişlər verilib", - o vurğulayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR