Logo

Baş prokuror Sənay Yağmurun zorlanması işini nəzarətə götürdü

Baş prokuror Sənay Yağmurun zorlanması işini nəzarətə götürdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xalası oğlu Əsgər Ağayev tərəfindən narkotik verildikdən sonra zorlandığını bildirən Sənay Yağmurun şikayəti ilə bağlı cinayət işini baş prokuror Kamran Əliyev nəzarətə götürüb.

Sfera.az xəbər verir ki, bu barədə S.Yağmurun anası Zümrüd Yağmur bildirib.

O qeyd edib ki, bu gün səhər baş prokurorun böyük köməkçisi Mahir Abbasovla görüşüb: "Cinayət işi materiallarında olan və bizi narazı salan halları dedik. Ekspertiza rəyləri və cinayət baş verməsini sübut edən faktları bir daha dilə gətirdim.

Mahir Abbasov bildirdi ki, iş Yasamal rayon Prokurorluğundan alınacaq və baş prokuror Kamran Əliyevin nəzarəti altında başqa bir yerdə araşdırılacaq”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR