Logo

Elza Seyidcahanı döyən iş adamına 1 ay həbs verildi - Aclıq aksiyasına başlayıb

Elza Seyidcahanı döyən iş adamına 1 ay həbs verildi - Aclıq aksiyasına başlayıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Müğənni Elza Seyidcahana zor tətbiq edən Rüstəm Kərimzadə həbs olunub.

Sfera.az bildirir ki, bu barədə tanınmış vəkil Elçin Sadıqov məlumat verib. O bildirib ki, ötən gün Nəsimi rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə R.Kərimzadə barəsində 1 aylıq həbs qərarı çıxarılıb.

"O, İnzibati Xətalar Məcəlləsinin 157-ci (Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə) maddəsi ilə təqsirləndirilir”, deyə vəkil əlavə edib.

E. Sadıqovun sözlərinə görə, həbs edilən şəxs aclıq aksiyasına başlayıb.

Qeyd edək ki, müğənni Elza Seyidcahan Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinə şikayət edərək, Kərimzadə Rüstəmin onu itələdiyini bildirmişdi.

Xatırladaq ki, Kərimzadə Rüstəm Fuad oğlu "ELİT SRC GROUP” MMC-nin təsisçisidir və hazırda həmin təşkilatın direktoru vəzifəsini icra edir.

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR