Logo

Kürdəmirdə "patı və heroin alverçisi yaxalandı

Kürdəmirdə "patı və heroin alverçisi yaxalandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Kürdəmir rayon sakinindən "patı" və heroin aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan  verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan rayonun Sığırlı kənd sakini Famil Süleymanov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı "patı" adlanan narkotik maddə olan metamfetamin və heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Kürdəmir RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR