Logo

Narkotik qəbul edərək taksi sürən şəxs tutuldu

Narkotik qəbul edərək taksi sürən şəxs tutuldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Yasamal rayonunda narkotik vasitələrdən istifadə edərək taksi fəaliyyəti ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində paytaxt sakini Kənan Məlikli tutulub.

Onun üzərinə baxış zamanı narkotik vasitə olan heroin aşkar edilib. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri qəbul etdikdən sonra taksi fəaliyyəti ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Kənan Məlikli barəsində 26-cı Polis Bölməsində araşdırmalar davam etdirilir. Onun barəsində toplanan materiallar Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndəriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR