Azərbaycanlı dünya çempionuna hökm oxundu

Azərbaycanlı dünya çempionuna hökm oxundu
Azərbaycanlı idmançı Nail Salyayevin törətdiyi cinayət üzrə işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Sfera.az oxu.az-a istinadla xəbər verir ki, Gürcüstan vətəndaşı olan Nail Salyayev 5 fevral saat 14:30 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan etibarnamə ilə idarə etdiyi QAZ 33021 yük markalı avtomobillə qəza törədib.

O, Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi ilə Buzovna qəsəbəsi istiqamətində hərəkətdə olarkən "Bərəkət Market”in yaxınlığında yolu keçmək istəyən piyadanı vurub. Həmin şəxs 4 gün sonra - fevralın 9-da dünyasını dəyişib.

N.Salyayev məhkəmə iclasında özünü təqsirli bilməyib. O, 2019-cu ildə Gürcüstanda "B” kateqoriyalı sürücülük vəsiqəsi aldığını, 2005-ci ildə işləmək üçün Azərbaycana gəldiyini qeyd edib. O, vurduğu piyadanı tanımadığı avtomobillə 3 saylı Sabunçu xəstəxanasına çatdırdığını bildirib.

Məhkəmə zamanı məlum olub ki, N.Salyayevlə zərərçəkmiş şəxsin hüquqi varisi arasında barışıq əldə edilib. Bu səbəbdən də mərhumun övladı təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib.

Sonda Bakı şəhəri Ağır Cinayətlər Məhkəməsinin hakimlərinin hökmünə əsasən N.Salyayevə 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılıb. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, Nail Salyayev 2008-ci ildən Azərbaycan Budo Döyüş növləri Federasiyasının idmançısı olub. Dəfələrlə Azərbaycan çempionu olan Salyayev 2012-ci ildə dünya çempionluğuna da yiyələnib.
 

OXŞAR XƏBƏRLƏR

Pensiya ilə bağlı MÜHÜM XƏBƏR: Bu şəxslər tez çıxa bilər - 10 il...

Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında dəyişiklik edilib. Bu barədə Baş ...

Türkiyədə də ZƏLZƏLƏ OLDU

Türkiyənin Konya şəhərində 4,3 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Fövqəladə Halların İdarəedilmə...

32 kişi ilə birlikdə 7 il adada qapalı qalan qadın: Kazuko Hiqa

Bu hekayəni ilk oxuduğunuz zaman tamamilə uydurma görünə bilər. Bununla belə, Kazuko Hiqanın təcrübələri real və olduqca təəccüblüdür. İkinci Dünya Müharibəsind...

Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salındı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.   Sfera.az xəbər verir ki, növbəti ...

Rusiyada 8 bal gücündə zəlzələ oldu - Ölkələrdə sunami təhlükəsi elan edildi

Rusiyanın Severo-Kurilsk şəhərində 7,9 bal gücündə zəlzələ baş verib.   Sfera.az bu barədə TASS-a istinadən xəbər verir.   Bildirilib ki, ...

Salvador Dalinin minlərlə manat dəyərində olan tablosu “qəpik-quruşa” satıldı - TƏFƏRRÜATLAR

Məşhur ispan rəssamı Salvador Dalinin bir tablosu 20-30 000 funt-sterlinq (təxmini 70.000 Azn) qiymətləndirilməsinə baxmayaraq, satışda 150 funt-sterlinqə (8400...