Tovuzda oğurluq edən yeniyetmə saxlanıldı

Tovuzda oğurluq edən yeniyetmə saxlanıldı
Tovuzda oğurluq edən şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sfera.az-a verilən məlumata görə, cari ilin müxtəlif vaxtlarında vətəndaşlara məxsus fərdi yaşayış evlərinə qanunsuz olaraq daxil olub, oradan qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini Əli Cəfərov saxlanılıb. 

Araşdırmalar zamanı saxlanılan şəxsin müxtəlif vaxtlarda 20-yə yaxın vətəndaşın evindən qızıl-zinət oğurladığı məlum olub. Satdığı əşyalardan 18 000 manatdan çox pul əldə edən Ə. Cəfərov dindirilmə zamanı törətdiyi cinayət əməllərini etiraf edib.

Rayonun Cırdaxan kəndində yerləşən fərdi yaşayış evinə qanunsz olaraq daxil olub, oradan 800 manat dəyərində qızıl-zinət əşyası və 400 manat nağd pul oğurlamaqda şübhəli bilinən rayonun Cəlilli kənd sakini, əvvəllər məhkum olunmuş Sübhan Məmmədov saxlanılıb. Onun daha bir bir cinayət əməli aşkar edilib. Belə ki, S. Məmmədov həmkəndlisinin evindən 150 manat dəyərində qızıl-zinət əşyası və 50 manat nağd pul oğurlayıb.

Rayon sakininə məxsus avtomobildən 300 manat nağd pul oğurlamaqda şübhəli bilinən yetkinlik yaşına çatmayan rayon sakini saxlanılıb.

Qeyd edək ki, həmin şəxs cari ilin iyul ayında vətəndaşa məxsus ümumi dəyəri 400 manat olan elektrik avadanlıqlarını oğurlayıb.

Faktlarla bağlı tovuz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirlir.

 

 



OXŞAR XƏBƏRLƏR

Estetik əməliyyatdan sonra qadın təyyarəyə buraxılmadı

ABŞ sakini prosedura görə təyyarəyə buraxılmayıb. Sfera.az bildirir ki, Şataria Banksın bir neçə gün əvvəl etdiyi estetik prosedur onun normal uçuşuna mane...

Gəncədə 22 avtobus marşrutu üzrə qalib daşıyıcılar müəyyənləşdi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Gəncə şəhərinin 22 avtobus marşrutu üzrə elan olunmuş müsabiqənin ...

Qovlar qəsəbəsinin Baş planı TƏSDİQLƏNDİ

Qovlar şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.   Sfera.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb...

Yevlax rayon ərazisində avtomobilin aşması nəticəsində 7 nəfər xəsarət aldı

Yevlaxda avtomobil aşıb, xəsarət alanlar var.   Sfera.az-ın məlumatına görə, Yevlax rayon ərazisində avtomobilin aşması nəticəsində biri az yaşl...

Ermənistan Prezidentindən Zəngəzur dəhlizi AÇIQLAMASI: "Məqsədimiz tezliklə..."

“Sünik Ermənistanın gələcək inkişafı üçün qapıya çevriləcək”.   Sfera.az xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan bu g...

Ərdoğanla Tokayev arasında görüş keçirilir

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında rəsmi görüş keçirilir.   Sfera.az xəbər verir ki, Toka...