Logo

Kür çayının sahilində qazıntı aparan sahibkarlarla bağlı cinayət işi başlandı

Kür çayının sahilində qazıntı aparan sahibkarlarla bağlı cinayət işi başlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Kür çayının məcrasının sahilində qanunsuz qazıntı işlərinin aparılması ilə bağlı cinayət işi başlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə etmə yolu ilə Kür çayının məcrasının sahilində oyuqların əmələ gəlməsinə səbəb olub.

"Mingəçevir” yatağında qum-çınqıl istehsalı məqsədi ilə 5 il müddətinə ayrılmış 10 ha  sahədən kənarda  2 il ərzində qanunsuz olaraq 1 milyon 275 min manat dəyərində qum-çınqıl hasilatı aparılmaqla qurğuların istismarı zamanı yerin təkinin qorunması və istifadə edilməsi qaydaları pozulub.

Bundan başqa, digər şəxs tərəfindən qum-çınqıl istehsalı məqsədi ilə ayrılmış sahədən kənarda 3 il ərzində qanunsuz olaraq 744 min manat dəyərində qum-çınqıl hasilatı aparılması yolu ilə ağır nəticəyə səbəb olmuş qurğuların istismarı zamanı yerin təkinin qorunması və istifadə edilməsi qaydaları pozulub.

Fakta görə Cinayət Məcəlləsinin 255.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmış, istintaqın aparılması Baş prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

Hazırda iş üzrə ibtidai istintaq aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR