Bakıda narkotik satan qadın və tanışı saxlanıldı - FOTO/VİDEO

Bakıda narkotik satan qadın və tanışı saxlanıldı - FOTO/VİDEO
Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakıxanov qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində bilinən paytaxt sakini Nərmin Aydınova saxlanılıb.

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Şəxsi axtarış zamanı onun üzərindən 9 qram heroin və 8 qram psixotrop maddə metamfetamin aşkar edilib.

Nərmin Aydınova ifadəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu və heroinlə metamfetamini tanışı Ayxan adlı şəxsdən satmaq məqsədi ilə aldığını bildirib.

Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirlərinin davamı olaraq Nərmin Aydınovaya narkotik vasitələri satan Sabunçu rayon sakini, əvvəllər məhkum olunmuş Ayxan Quliyev də saxlanılıb. Onun da üzərində şəxsi axtarış aparılan zaman heroin və metamfetamin aşkar edilib.

Bu şəxs ifadəsində narkotik vasitələri Nərmin Aydınovaya satdığını etiraf edib.

Araşdırma zamanı Ayxan Quliyevin narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə onlayn yolla aldığı məlum olub.

Qeyd edilən faktlarla bağlı 13-cü Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib. Saxlanılan şəxslərin ətraflarında əməliyyat-istintaq tədbirləri davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...