25 yaşlı oğlan bıçaqlandı - Vəziyyəti ağırdır
Kateqoriya məlum deyil
Gəncə şəhərində gənc oğlan bıçaq xəsarətləri alıb.
Sfera.az-a verilən məlumata görə, Gəncə şəhər ərazisində, 1996-cı il təvəllüdlü Əmrahov Elnur Elman oğlu çoxsaylı bıçaq xəsarətləri alıb.
O, ətrafdakı insanların yardımı ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb və əməliyyat edilib.
Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.Onun hansı şəraitdə bıçaqlandığı hələ ki, məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.
Turan
Sfera.az






