Evində gizli narkotik əkmək üçün ailəsini başqa yerə göndərib

Evində gizli narkotik əkmək üçün ailəsini başqa yerə göndərib
Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, kultivasiyası, təbliğatı, sosial şəbəkələrdə onlayn yolla satışı ilə məşğul olan şəxslərin saxlanılaraq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti silsilə əməliyyatlar həyata keçirilib.

DİN-dən Sfera.az-a verilən məlumata görə, Səbail rayonunun Badamdar qəsəbə sakini Hikmət Əlizadəyə məxsus həyətyanı sahədə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 975 kiloqram olan 464 ədəd çətənə kolu və 50 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb. Hikmət Əlizadə paytaxtın mərkəzi rayonunda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğunu və çətənə kollarını satmaq məqsədi ilə əkib-becərərək xüsusi qulluq etdiyini bildirib.

Qeyd edək ki, bu şəxs çətənə kollarını gizlincə əkmək üçün ailə üzvlərini də bir müddətlik Səbail rayonundakı evindən başqa yerə göndərib.

Yasamal, Səbail, eləcə də Cəlilabad rayonlarında həyata keçirilən növbəti əməliyyatlar zamanı xaricdə yaşayan və ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərməyə çalışan narkotacirlərlə sıx əlaqələr yaradaraq sərhədyanı rayonların ərazilərində narkotik vasitələri əldə edib Bakı şəhərinə gətirən daha sonra burada həmin maddələrin onlayn yolla hissə-hissə müxtəlif şəxslərə çatdırmaqla satışını təşkil edən şəxslər saxlanılıblar.

Tədbirlər zamanı qeyd edilən qanunazidd əməllərlə məşğul olan Cəlilabad rayon sakinləri əvvəllər məhkum olunmuş Novruzəli Novruzov, onun həmyerlisi Amid Həmzəyev paytaxt sakinləri Cavid Əliyev və Saul Məmmədov tutulublar. Müvafiq olaraq Novruzəli Novruzov və Amid Həmzəyevin üzərindən və Bakı şəhərində gizlətdikləri ünvanlardan satış üçün əldə etdikləri ümumi çəkisi 6 kiloqram 781 qram olan heroin, tiryək, metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib.

Novruzəli Novruzov Cəlilabad və ətraf rayonlarda narkotik vasitələrin qanunsuz dövriyyəsinə rəhbərlik edən, həmçinin paytaxt ərazisinə narkotik vasitələri gətirərək satışını təşkil edən əsas şəxslərdən biri olub. O, narkotik vasitələrin satışı zamanı şəxsiyyətini gizli saxlamaq üçün "Ataş” adından istifadə edirmiş.

Əməliyyatların davamı olaraq Cavid Əliyevdən narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdiyi 1 ədəd bank kartı, 4 kiloqram heroin, Saul Məmmədovun üzərindən və Yasamal rayonunda gizlətdiyi yerdən isə 2 kiloqramdan artıq heroin aşkar olunub.

Nəsimi, Yasamal, Xətai, Nizami rayonları və Sumqayıt şəhərində həyata keçirilən digər əməliyyatlar zamanı sosial şəbəkələrdə, eləcə də müxtəlif vasitələrlə gənclər, xüsusən də qadınlar arasında guya narkotik vasitələrin müsbət tərəflərinin olması barədə həqiqətə uyğun olmayan fikirləri təbliğ etməklə narkotik vasitələrin satışını təşkil edən Emil Məmmədzadə, Nizami Əliyev, Məhyəddin Quliyev, Emil Rəcəbli və Sumqayıt şəhər sakini Elçin Məmmədov saxlanılıblar. Emil Məmmədzadənin üzərindən və yaşadığı evdən 892 qram heroin və metamfetamin, Nizami Əliyevdən 545 qram metamfetamin və marixuana, Məhyəddin Quliyevdən 29 qrama yaxın heroin, Emil Rəcəblidən 5 qram heroin və metamfetamin, Elçin Məmmədovdan 50 qrama yaxın heroin, metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib.

Gəncə, eləcə də Lənkəran şəhərlərində həyata keçirilən əməliyyatlar zamanı da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar. Əməliyyatlar zamanı Gəncə şəhər narkotik vasitələrin satışı ilə məşğul olan Emin Qafarov, Elşən Hüseynov, Lənkəran şəhər sakinləri Əbdül Mirzəyev və Mərdan Mustafayev saxlanılıblar. Adları sadalanan şəxslərdən narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 65 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. Saxlanılan şəxslər məhkəmələr tərəfindən tutularaq barələrində həbs qətimkan tədbiri seçilib.


OXŞAR XƏBƏRLƏR

Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib

Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal...

84 yaşlı həkim itkin düşdü

Qusar rayonunda 84 yaşlı kişi itkin düşüb.   Sfera.az xəbər ki, 1941-ci il təvəllüdlü Arif Uluxan oğlu Uluxanov aprelin 26-da saat 14 radələrind...

Pezeşkian Bakının ən hündür nöqtəsində- FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın&...

Bacılar Xatirəyə cavab verdilər: "Vulqar şəkildə geyinmirik..."

Sevil və Sevinc Səfərova bacıları Xatirə İslamın “Oğluma onları almazdım, qısa geyinirlər” sözlərini cavabsız qoymayıblar.   Əkiz müğənni...

Kanadada festival zamanı maşın izdihamın üzərinə çırpıldı - Ölənlər var

Kanadada aprelin 26-da axşam Vankuverdəki “Lapu Lapu Day Block Party”də faciəli hadisə baş verib. İlkin məlumatlara görə, avtomobilin bayram şənliyi...

Düzgün qablaşdırılmayan yük faciəyə səbəb oldu - Ölən var

Ötən gün saat 18:00 radələrində Ağcabədi rayon sakini Süleyman Zeyniyev düzgün qablaşdırılmamış yüklə dolu minik avtomobili ilə Bakı-Qazax avtomagistralında hər...