Yeni kriminal müharibə: “Ağbaş”ın yerinə kim keçəcək?

Yeni kriminal müharibə: “Ağbaş”ın yerinə kim keçəcək?
Xəbər verdiyimiz kimi, "Ağdaş” ləqəbli azərbaycanlı kriminal avtoritet Ağayar Ağayev ötən ay xəstəlikdən vəfat edib. 
 
Sfera.az Rusiya KİV-lərinə istinadən bildirir ki, onun ölümündən sonra etnik kriminal qruplaşmalar bazara nəzarət uğrunda mübarizəyə başlayıblar.

Rusiyanın Yekaterinburq şəhərindəki 4-cü meyvə-tərəvəz topdansatış bazası uğrunda yeni kriminal müharibənin kimlər arasında olacağı isə demək olar ki, bəllidir. 

Belə ki, Sverdlovsk vilayəti üzrə "smotryaşiy” olan Ağayev əvvəllər "Rövşən Lənkəranski”nin klanına daxil olub. "Rövşən Lənkəranski”nin öldürülməsindən sonra rəqib klana -"Lotu Quli”nin qruplaşmasına keçən Ağayev ən gəlirli obyektlərdən olan 4-cü meyvə-tərəvəz bazasından yığılan haqqı da bu klanın kassasına aparıb.

Hazırda "Ağbaş”ın yerinə ən iddialı namizəd  onun qohumu Ruslan Ağayevdir.  Amma Ruslanın cəmi 27 yaşı var və hazırda həbsxanada cəza çəkir. Bu isə onun əleyhinə işləyən amillərdir.

Aysel
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...

Azərbaycanlıların saxlanılması ilə bağlı iş xüsusi nəzarətə götürüldü

Rusiya İstintaq Komitəsi Azərbaycan vətəndaşlarının saxlandığı Sverdlovsk vilayətində keçmişdə törədilmiş cinayətlə bağlı cinayət işinin istintaqını xüsusi nəza...