Azərbaycanda "patı"nın qiyməti təxminən 10 manatdan başlayır

Azərbaycanda
"Narkotik istifadəçisinin iradəsi yoxdursa müalicənin effekti olmur”.

Sfera.az xəbər verir ki, bunu Bakının baş toksikoloqu İsmayıl Əfəndiyev deyib.

O bildirib ki, hazırda ölkədə metamfetamindən ("patı”) ilə zəhərlənənlərin sayı artıb: "Bu əsasən nəfəs yolu ilə bədənə daxil olur və qana keçir. "Patı” qəbulundan sonra beyində 1000 %-dən çox depomin hissi artır. Ona görə də beyində tez bir şəkildə gerindönmə fəsadları meydana çıxarır. Bu gün ağ-şəffaf kristallar, şüşə qırıntısına oxşayan növlər yayılıb. Problem narkotikin ucuzluğu ilə əlaqəlidir. Metanfetaminin sintezi çox asandır. Kimyəvi biliyi olan bunu hətta evdə də təşkil edə bilir”.

İ.Əfəndiyev söyləyib ki, metanfetaminlərin sintezi üçün maddələri əldə etmək də çətin deyil: "Ölkədə satılan "patı”nın qiyməti təxmini 10 manatdan başlayır. Bununla da təxmin etmək olar ki, ölkə daxilində "patı” qeyri-leqal laboratoriyalarda sintez edilir. Toksinlər dəri vasitəsilə xaric edildiyi zaman dəridə yaralar və cızıqlar inkişaf edir. Digər fəsadları isə ağızda yaralar və dişlərin tökülməsi, diş ətinin yarasıdır. "Patı” qısa müddət ərzində şəxsi əlil vəziyyətinə gətirib çıxarır. Bundan istifadə edən uşaqların qısa müddətdə bütün bədənləri pis hala düşür”. // "Report"

OXŞAR XƏBƏRLƏR

Bakıda kişi iki manata görə arvadını döydü

Bakıda işsiz ər iki manata görə arvadını döyüb.   Sfera.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib.   ...

“Klinikadan zəng edib dedilər ki, ölüb, indi də deyirlər, sağdır...”

Gəncədə bir neçə gün öncə avtomobillə vurulan və klinikaya yerləşdirilən 36 yaşlı Ayaz Məmmədovun meyitini ailə üzvləri tibb müəssisəsindən ala bilmir.  ...

Amurdakı təyyarə qəzasında həlak olanlar arasında azərbaycanlı var? – RƏSMİ AÇIQLAMA

Rusiyanın Amur bölgəsində “An-24” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlar arasında azərbaycanlı və Azərbaycan vətəndaşı yoxdur. &n...

Dənizdə batanlardan biri hərbçi imiş - FOTO

Novxanıda dənizdə batan iki şəxsdən birinin kimliyi məlum olub.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, həyatını itirənlərdən biri, 2002-ci il ...

"Aeroflot" bəzi reysləri ləğv edəcək

Rusiyanın milli aviadaşıyıcısı "Aeroflot" aviaşirkətin informasiya sistemlərində nasazlıq səbəbindən reyslərin cədvəlində məcburi düzəlişlər ediləcəyi...

Ev almaq istəyənlərə ŞAD XƏBƏR: nizamnamə kapitalı artırıldı

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 85.00 milyon manat artırılaraq 1 milyard 153 milyon manata çatdırılıb. Bununla bağlı Azərbaycan Prezidenti...