Bakıda DƏHŞƏTLİ QƏTL: әr arvadını ... - VİDEO

Bakıda DƏHŞƏTLİ QƏTL: әr arvadını ... - VİDEO
Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib.

BiG.AZ xəbər verir ki, Qaraçuxur qəsəbəsində Tural Kazımov həyat yoldaşı 26 yaşlı Maya Kazımovanı qətlə yetirib. Qәtlә yetirilәn qadının əmisinin sözlərinə görə, əri Mayanı boğaraq öldürüb. Tural Kazımov hadisədən sonra özü polisə gedәrәk, könüllü təslim olub.

Hadisə yerində prokurorluq və polis əməkdaşları olublar. Qətlin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Cütlüyün birgə nikahdan 3 övladı var. Hadisə zamanı Kazımovların övladları qonşuluqda yaşayan babasıgildə olublar.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar davam edir.



OXŞAR XƏBƏRLƏR