Logo

Uşaq bağçasında yaşayan qadını kimin öldürdüyü bilindi

Uşaq bağçasında yaşayan qadını kimin öldürdüyü bilindi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Sabirabad rayonunda uşaq bağçasında öldürülən qadını kimin qətlə yetirdiyi məlum olub.

Prokurorluqdan Sfera.az-a verilən məlumata görə, iyulun 22-i saat 13 radələrində Sabirabad rayon sakini 1967-ci il təvəllüdlü Mübarək Ağayevanın yaşadığı və gözətçi işlədiyi 6 saylı körpələr evində üzərində xəsarət izləri olan meyiti aşkar edilib.

Müəyyən edilib ki, zərərçəkmişin tanışı Əliağa Sultanov iyulun 21-i saat 21 radələrində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı küt əşya ilə Mübarək Ağayevanın baş və bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirərək sonuncunu qəsdən öldürüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Əliağa Sultanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda istintaq  davam edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR