Logo

Bakıda 660 minlik prezervativ oğurlandı - Polisə şikayət

Bakıda 660 minlik prezervativ oğurlandı - Polisə şikayət
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bakıda külli miqdarda dəyəri olan prezervativlərin oğurlanması ilə bağlı polisə şikayət daxil olub.

Sfera.az xəbər verir ki, bu barədə iyulun 4-də İran vətəndaşı, 1971-ci il təvəllüdlü Moeinifard Seyidmohammad Mirvəliyullah Nərimanov RPİ-yə ərizə ilə müraciət edərək məlumat verib.

O bildirib ki, AFEN Plazada yerləşən və icarəyə götürdüyü anbardan 663 600 manat dəyərində rezin qoruyucu oğurlanıb.

Araşdırma zamanı məlum olub ki, malları həmin anbarın sahibi, 1962-ci il təvəllüdlü Əbülfət Əliyev və şəriki – İran vətəndaşı, 1977-ci il təvəllüdlü Bayat Hassan Alı ona məlumat vermədən Novxanı qəsəbəsində yerləşən başqa bir anbara yığıblar.

Araşdırma davam etdirilir. // "Qafqazinfo"

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR