Logo

Rüşvətxorluqda ittiham olunan komissiya sədrinin məhkəməsi başladı

Rüşvətxorluqda ittiham olunan komissiya sədrinin məhkəməsi başladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Suraxanı rayon tibbi-əmək ekspert komissiyasının sədri Fəsad Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Sfera.az APA-ya istinadən xəbər verir ki, prosesdə Fəsad Mustafayev ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

Məhkəmə prosesi iyunun 24-də davam etdiriləcək.

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Suraxanı rayon tibbi-əmək ekspert komissiyasının sədri Fasad Mustafayevi rüşvət alarkən yaxalayıblar. O, Bakı şəhər sakininə əlillik sənədinin düzəldilməsi üçün pul istəyib. Fəsad

Mustafayev Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham edilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR