Logo

İntihar edən polislə bağlı araşdırma aparılır

İntihar edən polislə bağlı araşdırma aparılır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Balakən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşının xidməti silahla özünü vuraraq intihar etməsi ilə bağlı araşdırmalar aparılır.

Bu barədə Sfera.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, Balakən Rayon Prokurorluğunda hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisə iyunun 21-i saat 19 radələrində Balakən rayonu ərazisində baş verib. RPŞ əməkdaşı, polis serjantı Tural Əliyev ərazidə xidmətdə olarkən ona təhkim edilmiş xidməti silahla özünə atəş açaraq intihar edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR