Logo

Hüquq müdafiəçisi Kəramət Böyükçölü məhkəməyə verdi

Hüquq müdafiəçisi Kəramət Böyükçölü məhkəməyə verdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Tanınmış hüquq müdafiəçisi Mehriban Zeynalova yazıçı Kəramət Böyükçölü məhkəməyə verib.

Sfera.az bildirir ki, bu barədə M.Zeynalova özü məlumat paylaşıb.

O bildirib ki, buna səbəb Böyükçölün sosial şəbəkə hesabında təhqiredici yazı yazması olub.

"Dəfələrlə Nizami rayon məhkəməsi tərəfindən şəxsə  bildiriş göndərilsə də,  şəxs məhkəməyə gəlməyib, özünü xəbərsiz kimi aparıb. Nizami rayon məhkəməsi,  hüququ prosedurlara uyğun olaraq, prosesi bir necə dəfə uzadıb. Sonuncu məhkəmə günü, şəxsin hansısa tanışı məhkəməyə gələrək, qanunsuz olaraq iddia ərizsəsini sistemdən çıxarıb, lakin kim olduğu barədə imza atmayıb”, - deyə Zeynalova qeyd edib.

Onun sözlərinə görə, 11 iyun saat 16.20- də Nizami rayon məhkəməsində  hakim Ülkər Yusifovanın sədrliyi ilə sonuncu məhkəmə iclası keçiriləcək.

Qeyd edək ki, yazıçı Kəramət Böyükçöl özünün Facebook hesabında həyat yoldaşı ilə boşanmalarında günahkar bildiyi "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovaya qarşı təhqiramiz ifadələr yazmışdı.

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR