Logo

Azərbaycanda qadın keçmiş əri tərəfindən öldürüldü

Azərbaycanda qadın keçmiş əri tərəfindən öldürüldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Cəlilabadda qadın keçmiş əri tərəfindən öldürülüb.

Mayın 28-də rayon sakini Xanaliyeva Rəna Allahqulu qızının qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Sfera.az xəbər verir ki, istintaqla zərərçəkmişin keçmiş əri Bayramov Cavid Nəriman oğlunun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Rəna Xanaliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Cavid Bayramov şübhəli şəxs qismində istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Əzizə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR