Logo

Bu şirkətdə 90 minlik yeyinti aşkarlandı

Bu şirkətdə 90 minlik yeyinti aşkarlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda istehsal və distribusiya ilə məşğul olan şirkətin satış təmsilçisi məsuliyyətə cəlb edilib.

Şirvan şəhər prokurorluğundan Sfera.az-a verilən məlumata görə, "Delta Qrup C.O.” MMC-nin Satış departamentinin regionlar üzrə satış şöbəsinin Şirvan bölgəsinin satış təmsilçisi Mikayıl Dadaşovun və digər aidiyyəti şəxslərin qanunsuz hərəkətləri barədə cinayət işi başlanılıb.

Araşdırma zamanı Mikayıl Dadaşovun 2020-ci il noyabrın 17-dən 2021-ci il aprelin 09-dək olan dövr ərzində 84 müştəri üzrə aparılmış mədaxil və məxaricə dair əməliyyatlarında 90 min 500 manat məbləğində çatışmazlıq aşkar edilib.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq hərəkətləri aparılmaqla cinayət əməllərinə yol vermiş şəxslərin müəyyən edilərək istintaqa cəlb edilmələri təmin ediləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR