5 min rüşvətə görə tutulan məmur 200 manat cərimə ilə azadlığa buraxıldı - TƏFƏRRÜAT

5 min rüşvətə görə tutulan məmur 200 manat cərimə ilə azadlığa buraxıldı - TƏFƏRRÜAT
2021-ci ilin martında Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Xəzər Rayon İcra Hakimiyətinin binasında əməliyyat keçirib.

Əməliyyat zamanı Xəzər İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Tural Əli oğlu Zeynalov rüvşət alarkən qandallanıb. O, rüşvət müqabilində qanunsuz olaraq müvafiq tikinti sənədi verərkən ələ keçmişdi. 

Başına torba keçirilən şöbə müdiri nəzarət altında Xəzər İcra Hakimiyyətinin binasından çıxarılaraq istintaqa aparılıb. Aprelin sonlarında məhkəmə qarşısına çıxarılan Tural Zeynalovu 200 manat cərimə etməklə azad ediblər. Halbuki, Tural Zeynalovun cinayət əməli ilə bağlı Xəzər Rayon İcra Hakimiyyəti rəhbərliyinin də sorğu-sual olunmuşdu. Buna səbəb isə həbsindən sonra Tural Zeynalovun cinayət ortaqları haqda ətraflı ifadə verməsi idi. O, aldığı rüşvət, iş  bölgüsünün detallarını istintaqçılardan gizlətməmişdi. Məlum olmuşdu ki, sənədli evlərə görə sxem-planın verilməsi üçün vətəndaşlardan 3 min manat, sənədsiz evlərin tikintisi üçünsə 5 min manat pul alınıb. Əgər ev iki mərtəbə tikilibsə, qiymət də 2 qat artıb. Bundan başqa, Tural Zeynalov Xəzər rayon İcra Hakimiyyətinə təhkim edilən, rayon ərazisində ictimai işlərə cəlb edilməli 575 nəfərdən neçəsinin "ölü can” olduğunu, onlara aid əməkhaqqı kartlarının hansı vəzifəli şəxslərin cibində olduğunu da açıqlayıb. //HİT.Az

OXŞAR XƏBƏRLƏR

Kamran Əliyev onlara vəzifə verdi -FOTO

Baş Prokuror əmrlər imzalayıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.   Baş prokuror Kamra...

Qazaxda nəvələri ilə gəzintiyə çıxan kişi faciəli şəkildə öldü

Qazaxda 68 yaşlı kişi göldə boğulub.   Sfera.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Kəmərli kəndində baş verib.   Kənd sakin...

"Türkiyə Suriyaya hərbi yardım etməyə hazırdır"

Suriya tərəfindən rəsmi müraciət olacağı təqdirdə Ankara Dəməşqə müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində yardım etməyə hazırdır.    ...

Emin Əmrullayev əmr imzaladı

Azərbaycan Respublikası elm və təhsil naziri Emin Əmrullayev ümumi təhsil müəssisələrinin 2024-2025-ci tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təlti...

Erməni əsiri olan azərbaycanlı: "Zirzəmidə saxlanılıb, döyülürdüm"

İyulun 17-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs İdris Məmmədov 1993-cü ilin fevral ayında döyüşlər zamanı əsir götürüldüyün...

“Green Card 2025” müraciətləri nə vaxt başlayacaq? – Tarixlər açıqlandı

ABŞ-də yaşamaq və işləmək arzusunda olan milyonlarla əcnəbinin səbirsizliklə gözlədiyi “Green Card” (Çeşidlilik Miqrasiya Vizası) proqramı üçün müra...