28 yaşlı məhbus cəzaçəkmə müəssisəsində öldü
Kateqoriya məlum deyil
Azərbaycanda cəzaçəkmə müəssisəsində məhbus vəfat edib.
Sfera.az xəbər verir ki, hadisə Xəzər rayon, Binə qəsəbəsi ərazisində yerləşən 17 Saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb.
Belə ki, cəzaçəkmə müəssisəsində cəza çəkən, 1993-cü il təvəllüdlü Məmmədağa Əzimov qəfildən ölüb.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.





