Yetkinlik yaşına çatmayanı fahişəliyə cəlb etmə ilə bağlı 64 cinayət faktı aşkarlanıb - RƏSMİ

16:36 / 16.05.2021
2952
Son 15 ildə Azərbaycanda fahişəliyə cəlb etmə ilə bağlı 961 cinayət faktı qeydə alınıb.
Sfera.az "oxu.az”a istinadən xəbər verir ki, 2005-2020-ci illərdə yetkinlik yaşına çatmayanı fahişəliyə cəlb etmə ilə bağlı 64 cinayət faktı aşkarlanıb.
Bundan başqa, əxlaqsızlıq yuvaları saxlama cinayəti ilə bağlı 1433 fakt qeydə alınıb.
Eyni zamanda seksual xarakterli hərəkətlərə məcbur etmə ilə bağlı 67 cinayət faktı aşkarlanıb.