Logo

Narkotik satan 9 nəfər həbs olundu

Narkotik satan 9 nəfər həbs olundu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Suraxanı rayonunda narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan 9 nəfər saxlanılıb.

DİN Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, Suraxanı, Əmircan, Bülbülə, eləcə də, rayonun inzibati ərazisinə daxil olan digər kənd və qəsəbələrdə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 9 nəfər tutulub.

Həmin şəxslər paytaxt sakinləri Əliağa Vahabov, Sərdar Quliyev, Tərlan Abbasov, Baba Şabanov, Əlisəttar Musayev, Nazim Musayev, Firuz Rəsulov, Yaşar Rzayev və Tofiq İbrahimovdan heroin, tiryək, metamfetamin və digər növdən olan narkotik vasitələr aşkar edilib.

Onlar barəsində cinayət işi başlanılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR