Logo

Bakıda toyuqları rəngləyib satan sex AŞKARLANDI

Bakıda toyuqları rəngləyib satan sex AŞKARLANDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Suraxanı rayonu, Hövsan qəsəbəsində fəaliyyət göstərən Cəfərov Qabil Qadir oğluna məxsus quş kəsimi məntəqəsində yoxlama keçirilib.

Agentlikdən Sfera.az-a verilən məlumata görə, yoxlama zamanı toyuq cəmdəklərinin mənşəyi məlum olmayan maddə ilə boyandığı, emal olunmuş toyuq cəmdəyinə süni şəkildə "kənd çolpası” görünüşü verildiyi aşkar edilib.

Aşkar olunmuş faktla bağlı rənglə işlənmə prosesinə cəlb edilmiş 585 ədəd toyuq cəmdəyinin satışa çıxarılmasının qarşısı alınıb, məhsul və mənşəyi məlum olmayan rəngləndirici maddə müsadirə edilib. Toyuq cəmdəkləri və boyamaq məqsədi ilə istifadə edilən maddənin laborator analizlərə cəlb olunması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyasına təqdim edilib.

Faktla bağlı araşdırma davam etdirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR