Logo

Bakıda piyadanı vuraraq qaçan sürücü saxlanıldı

Bakıda piyadanı vuraraq qaçan sürücü saxlanıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda piyadanı vuraraq qaçan avtomobilin sürücüsü müəyyən edilib.

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 17-də saat 18 radələrində Binəqədi rayonunun Atatürk prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini İ.Hüseynov vurulub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən "Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Əhmədov müəyyən edilərək saxlanılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR