Logo

Bakıda internetdə tanış olduğu qızın evinə gedən kişi gözlənilməz hadisə ilə qarşılaşdı - TƏFƏRRÜAT

Bakıda internetdə tanış olduğu qızın evinə gedən kişi gözlənilməz hadisə ilə qarşılaşdı - TƏFƏRRÜAT
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda internetdə tanış olduğu qızla görüşə gedən şəxsin maşınını, telefonunu və pullarını əlindən alıblar.

Sfera.az-ın "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hadisə Abşeron rayonu Masazır qəsəbəsində baş verib.

Şəhər sakini, 1976-cı il təvəllüdlü X.Məmmədov tanış olduğu İlahə adlı qadının gecə saat 1 radələrində Masazır qəsəbəsində yaşadığı evə gedib. Orada naməlum şəxs onun qoluna bıçaqla xəsarət yetirərək "Mercedes” markalı avtomobilini, mobil telefonunu və 300 manat pulunu alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırmalarla həmin şəxsin Ağdam rayon sakini, əvvəllər xuliqanlıq və narkotik daşınmasına görə məhkumluq həyatı yaşamış 1985-ci il təvəllüdlü Qorxmaz Nəsirov olduğu müəyyən edilib.

Onun həmçinin, avtomobil qaçırdığı üçün Ağcabədi polisi tərəfindən axtarışda olduğu məlum olub. Q. Nəsirov X.Məmmədovdan aldığı avtomobilin nömrəsini çıxarıb, nəqliyyat vasitəsinə 10-CZ-044 dövlət qeydiyyat nişanını bağlayaraq maşını idarə edirmiş.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR